U-18 basketbol millimiz Avropa çempionatında 12-ci olub

22:19 13.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın basketbolçu qızlardan ibarət U-18 millisi bu gün Avropa çempionatının B divizionunda sonuncu görüşünü keçirib.

Hafta.az xəbər verir ki, komandamız 11-12-ci yerlər uğrunda oyunda Lüksemburq yığması ilə qarşılaşıb.

Görüş qızlarımızın məğlubiyyəti ilə yekunlaşıb - 54:67. Beləliklə, U-18 millimiz 21 ölkə arasında 12-ci yeri tutub.

Qeyd edək ki, komandamız Avropa çempionatının B divizionunda ilk dəfə iştirak edirdi.